Ölkə

Bakıda 14 yaşlı oğlanı OĞURLADILAR: 20 min manat tələb etdilər

31 May 2016 12:45
2 Şərh     Baxış: 2 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 14 yaşlı uşaq oğurlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20000 manat istəyib və polisə məlumat verməməsini tələb edib.  
 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun "VAZ-21154" markalı avtomobildə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb. Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib.
 
C.Qasımov ailə üzvlərinə təhvil verilib.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.