Ölkə

Keçmiş məhkum yenidən həbs edildi

31 May 2016 11:16
1 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı sakininin həyətində narkotik xassəli bitkilər aşkarlanıb. 

Milli.Az report-a istinadən bildirir ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həyətində narkotik xassəli bitkilər becərən rayon sakinini saxlayıblar.
Daxil olan əməliyyat məlumatı əsasında Masallı RPŞ-nin əməkdaşları müxtəlif vaxtlarda ümumilikdə 17 il həbsdə olan, rayonun Köçəkli kənd sakini, 45 yaşlı  İntiqam Teyyub oğlu Axundovun həyətyanı sahəsinə baxış keçiriblər.
Onun həyətində aqrotexniki qaydada qulluq göstərilməklə becərilmiş 30 ədəd narkotik xassəli bitki hesab olunan çətənə kolları aşkar edilib. 
Yaş kütlə halında olan narkotik xassəli bitki maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.