Ölkə

Şabran meşələrini qırırlar - FOTOlar

31 May 2016 12:55
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabran rayonunun Zeyvə kəndindəki meşələrdə fıstıq, vələs ağacları günün-günorta vaxtı talan edilir. 

Milli.Az bildirir ki, bu barədə aznews.az-a Sumqayıt şəhər sakini, "Canlı Aləmin Mühafizəsi Alyansı" İctimai Birliyinin üzvü Anar Süleymanov məlumat verib. Onun sözlərinə görə, mayın 22-də ailəsi ilə Zeyvə kəndinə istirahətə gedib və orada ağacların kəsilməsinin şahidi olub: "Meşədən qayıdarkən gördük ki, yolun qırağında kəsilmiş irigövdəli ağaclarla dolu "KamAZ" markalı maşın dayanıb. "KamAZ"da oturan sürücüyə yaxınlaşdım və ondan ağacların kəsilməsinə dair sənədlərin olub-olmaması ilə maraqlandım. Özünü şübhəli aparan sürücü bununla bağlı hər hansı məlumatının olmadığını bildirdi. "Bu qiymətli - fıstıq, vələs ağacları olduğunu təxmin etdiyim ağacları kəsməyə sizə kim icazə verib?" sualına cavab ala bilmədim".

A.Süleymanov qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt"inə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub və hadisə haqda ətraflı məlumat verib: "Şabran Rayonunun Polis Şöbəsində ərizə və izahat yazdım. Məndən izahatı alan polis işçisi naməlum səbəblərə görə çəkdiyim bütün fotofaktları sildi. Mən bu şəkilləri sonradan bərpa edə bildim. "KamAZ"ın dövlət qeydiyyat nişanını polisə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bildirmişəm. 40 BA 437 dövlət qeydiyyat nişanlı "KamAZ" olub".

A.Süleymanov Zeyvə kəndinin ətrafında meşədə gəzərkən elektro-mişar səsinin eşidildiyini vurğulayıb: "Bir çox yerlərdə meşə massivləri traktorla təmizlənir, meşələr tikilən neft buruqlarına qurban gedir. Neft buruqlarından sızılan neft ətrafa yayılır, bu da təbiətə, meşələrə böyük ziyan verir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.