Ölkə

Bakı bizim hamımızın şəhəridir, ayrı-ayrı məmurların deyil

31 May 2016 11:35
2 Şərh     Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri - Bakıda aparılan söküntü mövzusudur. İki düşərqə mövcuddur - biri deyir ki, əşşi, hamısı köhnə tikililərdir, şəhərimizə yaraşmırlar, tərəqqini saxlamaq olmaz və s. Digəri deyir ki, bu tariximizdir, onu qorumalıyıq. Zənnimcə, hər iki düşərgə haqlıdır. Sadəcə, bu işləri planlaşdıranda memarları, tarixçiləri, mütəxəssisləri, ictimai xadimləri bir araya toplayıb, məsləhətləşmələr aparmaq lazım idi.

Milli.Az xəbər verir ki, bunu tanınmış bloger-səyyah Azər Qərib bildirib.

Onun sözlərinə görə, dünyanın istənilən yerində abadlıq işləri aparılır, lakin dünyanın istənilən yerində bu işləri apararkən, balans saxlanılır - həm inkişaf, həm tarixə hörmət:

"Basin (Füzuli) küçəsindən fərqlı olaraq, şərti olaraq "Sovetski" adlanan böyük ərazidə, o cümlədən "Azdrama"nın (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) ətraflarında kütləvi görkəmsiz və zamanı keçmiş məhəllələrlə, tikililərlə yanaşı, yetərincə tarixi evlər, xarizmatik binalar, memarlıq inciləri də var idi. Onları saxlamaq olardımı? Şübhəsiz ki, olardı. Bunun üçün sadəcə düşünülmüş plan lazım idi ki, həmin tikililəri müasir əhatəyə, nəzərdə tutulan parklara necə salmaq ki, ümumi landşaftı pozmasın, əksinə, ona yaraşıq versin, özəllik gətirsin. Bəli, bu iş vaxt və vəsait tələb edirdi, amma bunu etmək lazım idi və lazımdır. Hələ də gec deyil!"

Jurnalist qeyd edib ki, Bakı hər bir azərbaycanlının şəhəridir və onu qorumaq lazımdır: "Bəzən oxuyuram ki, ay, bəs turist gəlib nə deyər. Bu şəhər, bu paytaxt, bu tarix, bu yaddaş ilk növbədə bizim özümüzə lazımdır və bu məsələdə turistin, gonağın rəyi bizi ən az maraqlandıran amil olmalıdır. Bakı bizim hamımızın şəhəridir, ayrı-ayrı məmurların deyil. Əgər kiməsə də Bakı sadəcə gəlir mənbəyidirsə, bizim üçün o, ürəyimizdir. Sındırmayın ürəyimizi!"

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.