Ölkə

Uşağı ilan vurdu - Tovuzda

30 May 2016 10:07
0 Şərh     Baxış: 1 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda ilan sancma hadisəsi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Düz Qırıqlı kənd sakini, 2006-cı il təvəllüdlü Aydın Əliyev ilan sancma diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əl barmağını ilan sancan 10 yaşlı oğlana dərhal tibbi yardım göstərilib və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Məlumata görə, A.Əliyev həyətyanı sahələrində təsərrüfatda işləyərkən ilan onu sancıb.

Rayonun Əlibəyli kənd sakini 2009-cu il təvəllüdlü Elvin Vüqar oğlu Məmmədovu isə naməlum həşərat sancıb. O xəstəxanaya gətirilib və ona da tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.