Ölkə

Avtomobili qadının üstünə sürdü

30 May 2016 10:01
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb.
 
"VAZ 2106" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarda dayanan qadını, Çuxuryurd kənd sakini, 1951-ci il təvəllüdlü İbrahimova Şövkət Seyfəddin qızını vurub.
 
Ağır bədən xəsarətləri alan Şövkət İbrahimova hadisə yerində dünyasını dəyişib.
 
Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.