Ölkə

Əli Əhmədov Tərtərə getdi

28 May 2016 13:29
Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazirin müavini Əli Əhmədov bu gün Tərtər rayonuna səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ə.Əhmədov Tərtər rayon İcra Hakimiyyətində görüş keçirib.

Daha sonra Baş nazirin müavini Tərtər şəhərindəki N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüb, aprel döyüşlərində şücaət göstərən hərbçilərimizi müxtəlif hədiyyələrlə təltif edib.

Ə.Əhmədov aprel ayı ərzində erməni silahlı birləşmələrinin təmas xəttində törətdiyi təxribatlar və cəbhəyanı kəndləri atəşə tutması nəticəsində zərər görmüş evlərə də baş çəkib, ziyan çəkmiş kəndlərin sakinləri ilə görüş keçirib.

Ə.Əhmədov, həmçinin təmas xəttində səngərdə olub və orada da əsgərlərlə görüşüb.

Qeyd edək ki, bu il aprelin 2-dən 5-dək və 27-dən 28-dək cəbhə bölgəsində ermənilərin ağır artilleriya qurğularından açdığı atəş nəticəsində Tərtər rayonunda xeyli evə ziyan dəyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.