Ölkə

Bakıda avtomobil 2 piyadanı öldürdü

28 May 2016 12:31
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda piyadaların vurulması ilə nəticənən yol-nəqliyyat hadisələri baş verib.

Milli.Az bildirir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Buzovna qəsəbəsinin ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Rasim Sayad oğlu Xəlilov vurulub. Nəticədə R.Xəlilov hadisə yerində ölüb.
 
Analoji hadisə Bakı-Qazax yolunun 34-cü kilometrliyində, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Saatlı rayon sakini 1990-cı il təvəllüdlü Babək Rəhimov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən Ağsu rayon sakini, 1972-ci il təvəllüdlü Vaqif Əzizovu vurub. V.Əzizov hadisə yerində ölüb.
 
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.