Ölkə

Bakıda maskalılar qadını bağlayıb döydülər - 65 min manat apardılar

28 May 2016 11:59
3 Şərh     Baxış: 1 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yaşayış evinə basqın olub.

Milli.Az bildirir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65.000 manat pul və 15.000 manat dəyərində qızıl əşyalar aparıb.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.