Ölkə

Sürücülərin nəzərinə - Səhv protokolları ləğv etməyin yolları

27 May 2016 17:34
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər vətəndaşlar müraciət edirsə, araşdırıb tədbir görürük.

Milli.Az bildirir ki, bunu tanınmış hüquq müdafiəçisi Sahib Məmmədova yazılmış protokolun ləğv edilməsi ilə bağlı avtosfer.az-da yayılan məlumata Baş Dövlət Yol Polisi İdarəsi münasibət bildirərkən deyib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev sayta bildirib ki, heç də Sahib Məmmədovun dediyi kimi, hər gün on minlərlə sürücüyə yalnış protokol tərtib olunmur: "Belə hallar olur. Amma kütləvi şəkildə deyil, 10 mində 1 nəfərdə ola bilər. Bu zaman vətəndaş müraciət edir və biz də araşdırıb tədbir görürük. Yəni, bunu hüquq müdafiəçisi Sahib Məmmədov yox, qeyriləri də edə bilər. Biz hər bir müraciəti araşdırırıq. Əgər, doğrudan da, sürücü qayda pozmayıbsa, o zaman tərtib olunmuş protokol ləğv edilir".

Kamran Əliyev onu da əlavə edib ki, Dövlət Yol Polisi İdarəsinin MMX radarlarının yeni qanunvericiliyə uyğun olmaması ilə bağlı deyinlərin əsası yoxdur: "Sistem tam uyğundur və normal şəkildə işini davam etdirir. Əgər kimsə ona göndərilən elektron protokola razı deyilsə, bizə müraciət etsin".

Qeyd edək ki, Sahib Məmmədov piyada keçidində piyadaya yol vermədiyi üçün yaşadığı ünvana elektron protokol göndərilib. Protokolda qeyd olunur ki, Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin tələbini pozduğu üçün 50 manat cərimə edilib. Sahib Məmmədov isə bu protokoldan Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edib. Şikayətə baxılıb və həmin protokola xitam verilib. Avtosfer.az-a bildirib ki, MMX protokolun tərtib edildiyi ərazi Yasamal rayonu, Mikayış Müşfiq küçəsində - Nəriman Nərimanov heykəlinin yanında tərtib edilib. Protokolda qeyd olunub ki, sürücü piyadaya yol verməyib. Lakin Sahib Məmmədov bildirir ki, ikitərəfli hərəkət olan yerdə əks tərəfdən iki nəfər hərəkətə başlayıb: "Mən avtomobillə yolu keçib, 15 metr aralanada onlar əks istiqamətin ortasına hələ çatmamışdı. Getdim vidoya baxdılar, etiraf elədilər ki, radarları yeni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmayıblar. Yəni beləcə, bütün ölkədə on minlərlə insanı aldadıb ən yaxşı halda cərimələyiblər".

Sahib Məmmədov məsələ ilə bağlı Feysbuk-da da şərh yazıb: "Hüquqlarınızı bilin və onu müdafiə edin. İXM-nin 330-cu maddəsi barəmdə səhv tətbiq edilmişdi. Mən də bir şikayətlə minlərlə insanın canını qurtardım. İXM dəyişmişdi, radarları uyğunlaşdırmamışdılar".
Qeyd edək ki, son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır. Piyadalar keçidin yaxınlığında dayandıqda, keçidə daxil olmadıqda və ya ikitərəfli yolun əks tərəfində olduqda belə sürücülərə elektron protokollar tərtib edilir. Lakin İXM-nin 330-cu maddəsinin "Qeyd" bölməsində bildirilir ki, əgər sürücü piyadanın hərəkətinə mane olmursa, onun qaçmasına, istiqaməti dəyişməsinə, dayanmasına səbəb olmursa, buna görə sürücünü inzibati məsuliyyətə cəlb etmək olmaz. Lakin, görünür, DYP-nin kameraları hələ də bunu nəzərə almır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.