Ölkə

Azərbaycanda polis rəisi qəzaya düşdü

27 May 2016 15:45
1 Şərh     Baxış: 3 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayon Mirzəhüseynli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edət edən HUNDAİ İX 35 markalı 90-AP-579 dövlət qeydiyyat nişanlı minik maşınının idarə edən Etibar Abduyev idarəetməni itirərək yoldan çıxıb və aşıb. Etibar Abduyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra o, Bakıdakı xəstəxanaların birinə göndərilib.
Hadisəyə səbəb magistral yolda maşının önünə iribuynuzlu mal-qaranın çıxması olub.

Qeyd edək ki, Etibar Abduyev Ucar Rayon Polis Şöbəsinin rəisidir. O, qəza zamanı Ucar rayonuna işə gedirmiş və həmin anda avtomaşını özü idarə edirmiş.
Xatırladaq ki, E.Abduyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 14 may 2016-cı ildə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-yə rəis təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.