Ölkə

DİQQƏT! Bakı Şəhər Halqası ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün

27 May 2016 14:51
Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Halqası ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün nəqliyyat nişanı nümünələri açıqlanıb.

Milli.Az bildirir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, nümünələr aşağıdakı kimidir:

1 - İçərişəhər
2 - Azadlıq meydanı və yaxınlığında yerləşən digər ərazilər
3 - BMT-nin 50 illiyi küçəsi

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən iyunun 21-i səhər saat 06:00-dək bağlı olacaq.

1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 24:00-dan səhər 06:00-dək icazə veriləcək.

3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər.

1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Azadlıq prospekti tərəfdən olacaq.

Qeyd edək ki, 17-19 iyun tarixlərində Bakıda Formula 1 Avropa Qran-Prisi yarışları keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.