Ölkə

Azərbaycanda qatarlar yolda qaldı

27 May 2016 13:20
1 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qatarların hərəkətində gecikmə baş verib.

Milli.Az bildirir ki, "Azərbaycan Dəmri Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, buna Şəki istiqamətindən hərəkət edən qatarda yaranmış nasazlıq səbəb olub.

"Ucar rayonu ərazisində yerləşən Əlikənd stansiyasında elektrovozun təkərində yaranan texniki nasazlığa görə yol bağlanıb, ona görə də qatarların hərəkətində gecikmə olub. Elektrovoz qaldırıldıqdan sonra hərəkət bərpa olunub", - deyə N. Əzməmmədov bildirib.

N. Əzməmmədov əlavə edib ki, texniki nasazlığa görə, digər istiqamətdə hərəkət edən qatarların hərəkətində də gecikmələr olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.