Ölkə

Ayının hücum etdiyi kənd TƏHLÜKƏDƏ - Yenə gələ bilərlər

27 May 2016 11:47
2 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz rayonunda ayını öldürən şəxs heç bir inzibati məsuliyyətə cəlb edilməyəcək.

Milli.Az bildirir ki, bu barədə lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. O bildirib ki, Oğuz rayonunun Xalxal kəndinə hücum edən ayını öldürən kənd sakini Fazil Şükürov barəsində heç bir tədbir görülməyəcək: "Ov mövsümü sayılmasa belə, o, son zəruri müdafiə tədbiri gördüyü üçün bu, qanun pozuntusu sayılmır".

Nazirlik rəsmisi onu da bildirib ki, bu kəndə ayıların yenidən  hücum də etməsi istisna deyil: "Həmin kənd meşənin içində yerləşir. Meşədə də bəllidir ki, ayılar çox olur və ayının hansı istiqamətdən hücuma keçdiyi bilinmir". R.Mirzəyev onu da bildirib ki, nazirlik həmin ərazidə nə qədər ayı olduğu barədə statistik məlumata sahib deyil. 
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə bildirib ki,  ayının quduz olub-olmamasını müəyyən etmək üçün nümunələr bu gün səhər götürülüb və laboratoriyaya göndərilib. Nəticələr sabah günortaya kimi çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.