Ölkə

Dövlət Agentliyində YENİ TƏYİNAT

27 May 2016 11:49
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Agentliyə direktor müavini Bayromova Nigar Yusif qızı təyin edilib.

O, 1980-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə mühasib kimi başlayıb, 2010-2016-ci illərdə "PAŞA Sığorta" ASC-də baş mühasib vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayından etibarən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə - mühasibat şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.