Ölkə

Həmkəndlisini bıçaqlayan şəxs qəbristanlıqda tapıldı

27 May 2016 11:43
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Lənkəran rayonunun Velədi kəndində həmkəndlisini bıçaqlayaraq qaçan şəxs tutulub.

Milli.Az report-a istinadən bildirir ki, o, "Maçan" ləqəbi ilə tanınan, 1976-cı il təvəllüdlü, rayonun Velədi kənd sakini İsaq Saleh oğlu Miriyevdir. 

Ötən gecəni kənd qəbristanlığında keçirən İ.Miriyev bu gün səhər saatlarında evinə gələn zaman əməliyyatçılar tərəfindən tutularaq istintaqa cəlb edilib. İnsidentin səbəbinə gəlincə, saxlanılan şəxslə Şəmsəddin Məmmədovun arasında köhnədən ədavət olduğu deyilir. Hətta bir neçə il əvvəl Ş.Məmmədovun İ.Miriyevi öldürməyə cəhd etdiyi də bildirilib. 
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, ötən gecə kənd ərazisində bıçaqlanaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Ş.Məmmədov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağır olaraq qalır və süni nəfəs aparatına qoşulu vəziyyətdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.