Ölkə

Əli Mirəliyev: "Təkcə İlhaməni yox, Tükəzban xanımı da o öldürdü"

27 May 2016 09:55
13 Şərh     Baxış: 7 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən deməkdən bezmişəm, bunlar danışmaqdan bezmirlər".
 
Milli.Az bildirir ki, bu sözləri əməkdar artist Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyeva ilə oğlu Orxan Nadirov arasında yaşanan qalmaqal haqda axar.az-a danışarkən deyib. O, Orxan Nadirovu sərt şəkildə ittiham edib:
 
"İlhamənin evində, onun yanında köməkçisi Fatma xanım, mən və qızım olmuşuq. Nə Orxanın anası Lalə, nə də arvadı Arifə İlhamənin evinin qapısını tanıyırdılar. İlhamə evinə qoymurdu onları, telefonda söyürdü. Deyirdi, qələt eləmişəm səni övladlığa götürmüşəm. Təkcə İlhaməni yox, onun anası, xalq artisti Tükəzban xanım İsmayılovanı da Orxan öldürdü. Bəsdirin də, a bala, yazıq İlhaməni də öldürdünüz, əl çəkin də ondan!"
 
Xatırladaq ki, son günlərdə İlhamə Quliyevanın oğlu Orxan Nadirovla köməkçisi arasında qalmaqal yaşanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.