Ölkə

21 yaşlı gənc dəm qazından zəhərləndi

27 May 2016 09:22
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunun Qalağayın kəndində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, 21 yaşlı yerli sakin Əkbər Əşrəf oğlu Əliyev hamamda dəm qazından zəhərlənib.
Zərərçəkən yaxınları tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində Əkbər Əliyevin həyatı xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.