Ölkə

Tərtərdə 2 ədəd partlamamış hərbi sursat aşkar olunub - FOTO

27 May 2016 09:31
0 Şərh     Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayonunda 2 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) deyiblər.

Tərtər rayonu

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 7000 kv. m ərazi yoxlanılmışdır.

Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 9 500 kv. m ərazi yoxlanılmışdır.

Çaylı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılmışdır.

Ağcabədi rayonu

Boyat kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 20 000 kv. m ərazi yoxlanılmışdır.

Ağdam rayonu

Qaradağlı kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılmışdır.

Zəngişalı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılmışdır.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 680 kv. m ərazi yoxlanılmışdır.

26 may tarixində 4 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 60 180 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 26 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 528 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 460 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.