Ölkə

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçildi

26 May 2016 17:28
Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XIV hesabat-seçki konfransı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ARGTMŞ-nin sədri Şahin Seyidzadə təmsil etdiyi Şuranın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Şuranın 1995-ci ildən fəaliyyət göstərdiyini vurğulayan Ş.Seyidzadə bildirib ki, təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli yer tutması, demokratik quruculuq işlərinə yönəltməkdir.

Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini T.Süleymanov ARGTMŞ-nin yaranma tarixi və fəaliyyəti haqqında danışıb. O bildirib ki, bu gün ölkədə 300-ə qədər gənclər təşkilatı fəaliyyət göstərir.

T.Süleymanovun sözlərinə görə, ARGTMŞ kollektiv üzvlərinin sayına görə ən böyük gənclər platformasıdır. Şura, həmçinin beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir.

PA rəsmisi vurğulayıb ki, müstəqillik dövründə Azərbaycanda nümunəvi gənclik siyasəti formalaşıb: "Avropa ölkələri arasında Azərbaycan nadir ölkələrindən biridir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı, Gənclər Fondu da fəaliyyət göstərir. Azərbaycan nadir ölkələrdəndir ki, yalnız gənclər təşkilatlarının deyil, gənclərin də fərdi layihələrini maliyyələşdirir. Bu günə qədər Gənclər Fondu tərəfindən 3226 layihə maliyyələşdirilib ki, bunun da 1/3 hissəsi gənclərə məxsusdur".

Daha sonra konfransda seçkili orqanlara seçkilər keçirilib. Səsvermə ilə Seymur Hüseynov ARGTMŞ-nin yeni sədri, İlyas İsmayıllı Aysun Zeynalova isə sədr müavinləri seçiliblər.

Konfransda, həmçinin Şuranın Mərkəzi Nəzarət-Təftiş Komissiyası və İdarə Heyətinin tərkibi formalaşdırılıb. Qeyd edək ki, Şuranın tərkibində 112 gənclər təşkilatı var.

Qeyd edək ki, ARGTMŞ-nin sabiq sədri Şahin Seyidzadə namizədliyini irəli sürməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.