Ölkə

Bakıda kərgədan sümükləri tapıldı - FOTO

26 May 2016 17:12
0 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Avropa Liseyinin 11-ci sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin Binəqədi fauna və flora qəbiristanlığında olublar.

Milli.Az bildirir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, orada muzeyin əməkdaşları onlar üçün tədqiqat və təcrübə mühiti təşkil ediblər. Məktəblilər buz dövründən qalmış və 100 min ildən çox yaşı olan paleontoloji ərazidə 3 ay qazıntılar aparıblar. "Sabahın alimləri" müsabiqəsi çərçivəsində həyata keçirilmiş çöl işləri zamanı gələcəyin tədqiqatçıları kərgədanın qabırğa və bud sümüklərini, quşların kəllə və digər hissələrini, həmçinin yüzlərlə böcəklər aşkarlayıblar. Liseyin fəalları müsabiqədə respublika üzrə 3-cü yerə layiq görülüblər.

Muzey may ayında açıq muzey həftəsində 2700-dən çox şagird, müəllim və valideyn qəbul edib. Abşeron yarmadasında yaşayan ziyarətçilər 50-dən çox məktəbi təmsil ediblər. Məktəblilərə muzeyin kolleksiyası, o cümlədən onurğalı və onurğasız heyvanlar, faydalı qazıntı tapıntıları haqqında geniş məlumat verilib.

Bundan əlavə, 6 universitetin ümumən 150-dən çox tələbəsi də muzeyi ziyarət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.