Ölkə

24 yaşlı gənc ehtiyatsızlığın qurbanı oldu

26 May 2016 16:05
4 Şərh     Baxış: 1 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

24 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az bildirir ki, Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Muradxanlı kənd sakini, 1992-ci il təvəllüdlü Şəmil Qəhrəman oğlu Həsənov işıqlar söndüyü üçün kənd ərazisindəki yüksək gərginlikli transformatora müdaxilə edib. Ehtiyatsızlıq edən gənci yüksək gərginlikli cərəyan vurub və 24 yaşlı Şəmil Həsənov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onun subay olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.  

Mayın 12-də Tovuzda da 36 yaşlı kişi ehtiyatsızlığının qurbanı olub. Vahidli kənd sakini, 1980-cı il təvəllüdlü Vüqar Hümbət oğlu Əhmədov yaşadığı evin həyətində su nasosunun naqillərini birləşdirərkən ehtiyatsızlıq edib və onu cərəyan vurub. Ağır xəsarətlər alan Vüqar Əhmədov aldığı zədələrdən hadisə yerində dünyasını dəyişib.

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən kişinin iki azyaşlı övladı qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.