Ölkə

FHN-dən "BakuBus"a transfer

26 May 2016 14:47
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Baku Bus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr  şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Milli.Az xəbər verir ki, "Baku Bus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr  şöbəsinin müdiri vəzifəsinə Mansur Piriyev təyin olunub.

Qeyd edək ki, Mansur Piriyev uzun illər Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri vəzifəsində çalışıb.

Faktı Milli.Az-a M.Piriyev-in özü də təsdiqləyib: "Bu gün insanların maarifləndirilməsinə ehtiyac duyulduğu sahələrdən biri də ictimai  nəqliyyat, ondan düzgün istifadə və  davranış qaydaları ilə bağlıdır. Ona görə də əldə etdiyim təcrübəni bu istiqamətdə həyata keçirmək qərarına gəldim".

Xatırladaq ki, M.Piriyev FHN-də çalışdığı müddətdə media ilə əlaqəsinə və apardığı təbliğat və maarifçilik işlərinə görə həmişə müsbət mənada seçilib.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.