Ölkə

İki maşın toqquşdu: yaralılar var

26 May 2016 15:20
0 Şərh     Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Yolçubəyli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-21011" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində rayonun Yolçubəyli kənd sakinləri, 57 yaşlı Səmid Şəvaralı oğlu Həmidov və 40 yaşlı Namizəd Seyidməmməd oğlu Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.