Ölkə

İki gənc bir-birlərini doğradı - Salyanda bıçaqlaşma

26 May 2016 15:34
1 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi ev 71 ünvanında yaşayan 25 yaşlı Emin Elşən oğlu Nəsibov və şəhərin 28 may küçəsində yaşayan, 18 yaşlı Yaşar Elşən oğlu Ağayevin aralarında baş verən mübahisə hər iki şəxsin bıçaqlanması ilə nəticələnib.

Çoxsaylı bıçaq zərbələri alan hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan report-a bildirilib ki, hər iki yaralı xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunub və yaralıların vəziyyəti ağır olaraq qalır. 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.