Ölkə

DYP polkovniki: "Belə "çörəkpulu" qazanmaq düzgün deyil"

26 May 2016 14:30
0 Şərh     Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "20 Yanvar" metro stansiyası ətrafında və "Şamaxinka" kimi tanınan ərazidə dayanma-durma qaydalarını pozduğu üçün 3 gün ərzində 2300-ə qədər sürücüyə protokol tərtib edilib. 100-ə yaxın sürücü eyni xətanı törətdiyi üçün təkrar cərimələnib.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. DYP rəsmisi qeyd edib ki, hazırda adları qeyd olunan ərazilərdə Dövlət Yol Polisi və Daxili İşlər Nazirliyinin əməkdaşları xidmət aparır. 

"Çalışırıq ki, vətəndaşların narazılığına səbəb olan hallar baş verməsin", - deyə şöbə rəisi vurğulayıb. V.Əsədov qeyd edib ki, həmin ərazidə fəaliyyət göstərən taksi sürücüləri ilə bağlı onlara xeyli şikayət daxil olub.

"Bildirmək istərdim ki, heç bir halda qeyri-qanuni fəaliyyət göstərmək olmaz. Taksi sürücülərinin əksəriyyəti bildirir ki, biz buradan "çörəkpulu" qazanırıq. Amma "çörəkpulu" qazanmaq üçün başqasının da yolunu kəsmək düzgün deyil. Belə ki, "çörəkpulu" qazanmaq da qanunla tənzimlənməlidir. Onlar kiminsə yolunu kəsməklə, yolun hərəkət hissəsində durmaqla, hay-küy salmaqla ətrafda yaşayan sakinlərin narahatlığına səbəb olurlar. Bütün hərəkətlər qanunla tənzimlənir", - deyə V.Əsədov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.