Ölkə

AMEA Mərkəzi Elmi Kitabxanasında Respubika Gününə həsr edilmiş tədbir keçirilib - FOTO

25 May 2016 18:41
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25 may 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında "28 May Respublika Günü"nə həsr olunmuş tədbir keçirildi.

Milli.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qonaqları salamlayaraq "28 May Respublika Günü" münasibətilə hamını təbrik etdi. Bu günün tarixi haqqında qısa məlumat verən M.Göyüşlü bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin qurulmasına baxmayaraq, 23 aylıq respublika xalqımızın azadlıq uğrunda mübarizəsinin parlaq nümunəsinə çevrilmiş, müasir dövlətimizin ləyaqətli və şərəfli sələfi olmuşdur: "Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətinin yaratdı".

Tədbir zamanı bu gündən bir xatirə olaraq Mərkəzi Elmi Kitabxana adından Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova tədbirə dəvət olunan qonaqlara - AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmova və Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıya Molla Nəsrəddin jurnalının nəşrini hədiyyə etdi.

AMEA Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında ətraflı məlumat verdi. C.Bəhrəmov qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimizin tarixində müstəsna yeri olan bir hadisə olub. O, məhz buna görə də Tarix İnstitutunda Xalq Cümhüriyyəti adlı bir şöbə açıldığını vurğuladı və ötən müddət ərzində Cümhüriyyət tarixi ilə bağlı bir sıra ölkələrin dövlət arxivlərindən vacib sənədlərin toplandığını diqqətə çatdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin dünya xalqları arasında imzamızı təsdiq etdirdiyini bildirən Cəbi Bəhrəmov çıxışını ulu öndər Heydər Əliyevin "Müstəqilliyimiz dönməzdir, əbədidir" şüarı ilə başa çatdırdı.

Daha sonra tədbir bədii hissə ilə davam etdi. Mərkəzi Elmi Kitabxananın Kitabxana-xidmət şöbəsinin fondların formalaşdırılması bölməsinin rəhbəri, əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü Xuraman İsmayılova vətənpərvərlik ruhunda yazdığı şerlərini səsləndirdi. Ardınca Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı çıxış edərək orudumuzun aprel ayındakı şücaətindən, vətənpərvərlik ruhunun təbliğinin əhəmiyyətindən bəhs etdi. Onun vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar böyük coşqu yaratdı.

Yekunda AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbirdə iştirak edən qonaqlara dərin minnətdarlığını bildirərək daha öncə çıxış edənlərin fikirlərinə qoşulduğunu qeyd etdi. L.İmanova da Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdıraraq bildirdi ki, Mərkəzi Elmi Kitabxana öz növbəsində Azərbaycan milli dəryərlərin qorunmasında əlindən gələni əsirgəmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.