Ölkə

Təhsili yarımçıq qalan nişanlı qız özünü öldürdü - TƏFƏRRÜAT

25 May 2016 17:54
3 Şərh     Baxış: 3 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunun Moranlı kəndində 17 yaşlı qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynova Kifayət Əlfəddin qızı 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirməyib. Kənd məktəbi 9 illik olduğundan və ən yaxınlıqdakı tam orta məktəb 4-5 kilometr məsafədə yerləşdiyindən K.Hüseynova təhsilini yarımçıq saxlayıb.

K.Hüseynova bir müddət əvvəl Bakıda yaşayan uzaq qohumuna nişanlanıbmış.
 
İntihar hadisəsinin hansı şəraitdə baş verməsinə gəlincə, bu gün səhər saatlarında 17 yaşlı qızın atası həyətə düşüb və talvarın altında nəyinsə asılı vəziyyətdə qaldığını görüb. Nə baş verdiyini anlamayan kişi yaxınlaşdıqda qızının asılı vəziyyətdə qalmış meyitini görüb və şoka düşüb. O, tez qızını yuxarı qaldırıb onu xilas etməyə çalışsa da, artıq gec olub.
 
Yaxınları K.Hüseynovanın hər hansı probleminin olmadığını bildiriblər.
 
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.