Ölkə

Gənclərdən şəhid ailələrinə qeyri-adi dəstək - FOTO

25 May 2016 16:22
8 Şərh     Baxış: 2 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda gənc rəssamlar "Şəhidləri ömür boyu yad edək" adlı müddətsiz aksiyaya başlayıblar.

Bu barədə Milli.Az-a aksiyanın ideya müəllifi, gənc rəssam, Şuşa Humanitar Kollecinin 3-cü kurs tələbəsi Mahir Həsənov məlumat verib: 

"Aprelin əvvəllərində cəbhədə atəşkəs rejiminin pozulması nəticəsində onlarla qəhrəman oğullarımız Vətən uğrunda şəhid oldu. Bu hadisə hamımızı, eləcə də gəncləri ağlatdı, sızlatdı. Bir gənc rəssam olaraq ağlıma belə bir layihəyə bağlamaq fikri gəldi. Layihəyə əsasən, bu aksiyaya qoşulan hər hansı gənc rəssam şəhidimiz haqqında ətraflı məlumat toplayacaq və portretini çəkəcək və yadigar olaraq onun ailəsinə yadigar olaraq verəcək. Digər gənc rəssamlar onunla bir yerdə vaxtilə şəhidimizin yaşadığı ünvanda onun ailəsini, eləcə də məzarını ziyarət edəcək. Mən bu barədə sosial şəbəkədə məlumat paylaşdım və artıq hələlik 7-8 gənc ressam bu fikirlə razılaşaraq aksiyaya qoşulduğunu bildirib. Lakin sıralarımızın daha da genişlənəcəyinə əminik".

Onun sözlərinə görə, aksiya çərçivəsində artıq ilk addım da atılıb: "Mən aprelin əvvəllərində cəbhədə şəhid olmuş 22 yaşlı Mahir Qadir oğlu Quliyevin portretini çəkib, gənc rəssamlar və digər gənclərlə birlikdə onu gedib şəhidin ailəsinə verdik. Həmçinn şəhidimizin məzarını ziyarət etdik, ruhuna dualar oxuduq".

M.Həsənov qeyd edib ki, bu aksiya kampaniya xarakterli yox, davamlı olacaq: "İnşəallah biz bu işi daimi etmək istəyirik. Bizim borcumuzdur ki, şəhidlərimizin adını daim yaşadaq, onları böyüdüb boya-başa çatdıran ailəni yad edək, belə bir igid oğul böyütdükləri üçün onlara təşəkkürümüzü bildirək. Qoy bütün şəhidlərimizin ruhu şad olsun, Allah onlara rəhmət eləsin".

İlkin İzzət
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.