Ölkə

Psixoloq: "Şagirdin müəllimi ilə evlənməsi..."

25 May 2016 12:55
14 Şərh     Baxış: 3 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu, insanların öyrəşmiş olduğu düşüncə tərzinə yad olduğu üçün qıcıq yaratdı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri psixoloq Elnur Rüstəmov Biləcəri qəsəbəsində baş verən olay - 32 yaşlı müəllimin 18 yaşlı şagirdi ilə ailə qurması və bunun ictimaiyyətdə doğurduğu reaksiya barədə danışarkən deyib. Onun sözlərinə görə, olaya normal yanaşanlar da az deyil:
 
"İnsanların bir qisminin mənfi reaksiyasının səbəbi sözügedən hadisənin müəllimin reputasiyasına vurulan zərbə kimi qiymətləndirilməsidir. Digər bir tərəfdən bizim adət-ənənə sistemimiz mövcuddur ki, insanların öyrəşmiş olduğu bu düşüncə tərzinə yad bir addım atılanda qıcıq yaradır. Bu, öyrəşilən düşüncə tərzinə müdaxilə kimi qiymətləndirilir. Tərəflər bir-birinə aşiq olub evlənibsə, bunun başqalarına heç bir aidiyyəti yoxdur.
 
Hətta dinimiz də bunu normal qarşılayır. Məhəmməd peyğəmbərin özünün evləndiyi ilk qadın ondan yaşca xeyli böyük idi. Burda qəbahət bir şey yoxdur.
 
Sadəcə olaraq, bizim cəmiyyət ailə quran tərəflərdən oğlanın yaşca daha böyük olması faktına öyrəşib. Bu, zaman keçdikcə onlar arasında balansın yaranması ilə bağlıdır".
 
Psixoloq yeni ailə quran gənclərə xoşbəxtlik arzulayıb və bunun əxlaqa zidd olmadığını, tam yetkinlik yaşına çatmış gənclər arasında qanunvericiliyə uyğun nikah bağlandığını bildirib.
 
Qeyd edək ki, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin ingilis dili müəllimi, 32 yaşlı Əminə müəllimin həmin məktəbin şagirdi olmuş 18 yaşlı Cəlilə qoşulub qaçması və ötən gün özlərinə toy çaldırmaları gündəmdədir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.