Ölkə

Bakıda kirayə evlərdən vergi tutulacaq - Siyahı hazırlanır

25 May 2016 11:45
4 Şərh     Baxış: 2 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kirayə verilən mənzillərdən vergi tutulacaq. Artıq bununla bağlı rayon icra hakimiyyətlərinə xüsusi tapşırıq verilib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, hazırda icra hakimiyyətləri tərəfindən kirayə verilən mənzillərin siyahısı hazırlanır.

Sakinlərin bildirdiyinə görə, mənzillərin siyahıya alınması yerli icra hakimiyyətlərinin göstərişi ilə sahə polisi tərəfindən həyata keçirilir.

Mütəxəssislər hesab edirlər ki, kirayə verilən evlərdən vergi tutulması kirayə haqlarının bahalaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, bir müddət əvvəl Vergilər Nazirliyi bununla bağlı Nazilər Kabinetinə təklik irəli sürmüşdü. 
Nazirlər Kabinetinin müvafiq qərarından sonra mənzillərini kirayəyə verən şəxslər təlimata uyğun olaraq fiziki şəxs kimi VÖEN açdırmalı və 22 faiz civarında vergi ödəməlidir. 

Hazırda Bakıda yaşayanların təxminən 30 faizi kirayə qalır. Ümumi hesablamada ev sahiblərindən vergi tutulmasından büdcəyə xeyli vəsait daxil ediləcəyi güman edilir. 

Bakıda mənzillərin orta kirayə haqqı 300-500 manatdır. Bu isə il ərzində əldə olunan gəlir baxımından kiçik qazanc hesab edilmir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.