Ölkə

Zaqatalada avtomobil ağaca çırpıldı: yaralı var - VİDEO - FOTO

25 May 2016 10:10
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ağır xəsarət alıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndində Zaqatala sakini, 1965-ci il təvəllüdlü Rizvan Murtuzəli oğlu Əliyev idarə etdiyi "Hyundai" markalı, 62 BH 879 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı ağaca çırpıb.
 
Nəticədə ağır xəsarət alan Rizvan Əliyev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən Rizvan Əliyevə qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zaqatalada avtomobil ağaca çırpıldı: yaralı var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.