Ölkə

Gəncədə çay daşdı: evləri su basdı - VİDEO - FOTO

25 May 2016 09:11
0 Şərh     Baxış: 1 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günlərlə bölgədə yağan leysan yağışlar nəticəsində Gəncə çayında suyun səviyyəsi qalxıb və gecə saatlarında çayın sol sahilində yerləşən 10-a yaxın evi su basıb.

Milli.Az report-a istinadən bildirir ki, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub.
Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda suyun istiqaməti dəyişdirilib və yaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncədə çay daşdı: evləri su basdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.