Ölkə

Rabitə Nazirliyinin sabiq vəzifəli şəxslərinin həbs müddəti artırıldı

24 May 2016 17:23
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq vəzifəli şəxslərinin həbs müddəti artırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prokurorluq orqanının vəsatətlərinə Səbail rayon məhkəməsində baxılıb. Məhkəmənin qərarları ilə nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və qurumun sabiq baş mühasibi Oqtay Rüstəmovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Fevral ayında məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qərarı 3 ay uzadılmışdı.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.