Ölkə

Bakının bu küçəsini bircə günə dəyişdilər - VİDEO - FOTO

24 May 2016 14:41
2 Şərh     Baxış: 2 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən bir sıra saytlarda "20 Yanvar" metrostansiyasının çıxışında taksilərin və sərnişin avtobuslarının qanunsuz fəaliyyəti barədə məqalə yayımlandı.

Milli.Az bildirir ki, sakinlər qafqazinfo-nun redaksiyasına müraciət edərək həmin ərazidə vəziyyətin biabırçı vəziyyətdə olduğunu qeyd etmişdilər. Bu gün həmin vətəndaşlar təkrar əlaqə saxlayaraq yazı yayımlandıqdan sonra sözügedən ünvanda rəsmi olaraq tədbir görüldüyünü qeyd ediblər.

Əməkdaşlarımız isə bu gün yenidən həmin məkana baş çəkiblər. Artıq mənzərə dünənki kimi deyildi. Stansiyanın ətrafına Daxili İşlər Nazirliyinin işçiləri cəlb olunub. Onlar metronun çıxışında dayanma-durma qaydalarını pozan sürücüləri dərhal ərazidən uzaqlaşdırır, əmrə tabe olmayan şəxslər barədə cərimə protokolu yazılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, məsələ barədə İdarə rəhbərliyi tərəfindən tapşırıq verilib: "Sizin yayımladığınız informasiya barədə mənim tərəfimdən dərhal rəhbərliyə məruzə olundu. Bundan sonra ərazidə nizam-intizamın təmin olunması barədə tədbirlər planı qəbul edildi. Hazırda mən də daxil olmaqla, nazirliyin bir neçə strukturunun əməkdaşları ərazidədir. Yol polisi və Post Patrul Xidmətinin birlikdə 50-yə yaxın əməkdaşı xidmət aparır. "20 Yanvar" dairəsindən "Şamaxinka" kimi tanınan əraziyə kimi hər 100 metrdən bir yol polisi əməkdaşı dayanıb. Biz mütəmadi olaraq bu ərazidə dayanma-durma qaydalarını pozan sürücülər barədə tədbir görürük. Onu deyim ki, bu gün 2 saat ərzində sürücülər barəsində 320 protokol tərtib olunub. Eyni xətanı 3-cü dəfə törədən 4 sürücü var ki, onlar İnzibati Xəta məsuliyyətinə cəlb olunub. Çörək pulu qazanmaq üçün başqalarının yolunu kəsmək heç kəsə bəraət vermir. Çalışacağıq, burada vəziyyət həmişə belə olsun. Amma bunun üçün insanların da şüurunda dəyişiklik olmalıdır".

Qeyd edək ki, artıq ənənəvi olaraq ərazidə dayanan və qanunsuz sərnişin daşıma ilə məşğul olan "Ford" və "Hyundai" markalı avtomobillər oradan tamamilə uzaqlaşdırılıb. Taksi fəaliyyəti ilə məşğul olan minik avtomobillərinin isə dayanmasına yol polisi və Post Patrul əməkdaşları tərəfindən icazə verilmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.