Ölkə

4 bıçaq zərbəsi aldı, özünü maşınla evə çatdırdı - YENİLƏNİB - VİDEO - FOTO

24 May 2016 18:41
1 Şərh     Baxış: 4 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:43

Masallıda dəhşətli qətl hadisəsi baş verib. 

Qətl hadisəsi gecə saatlarında rayonun Bədəlan kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 39 yaşlı Afiq Yusubov aralarında yaranmış mubahisə zəminində həmkəndlisi, 45 yaşlı Əzim Əzimova 4 bıçaq zərbəsi endirib. Əzim yaralı vəziyyətdə şəxsi minik avtomobili ilə müəyyən məsafəni qət edərək yaxınlarını köməyə çağırıb. 

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, zərərçəkmiş dərhal yaxınlarının müdaxiləsi ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq Əzim Əzimovun həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən dünyasını dəyişib. 

Hadisəni törətmiş Afiq Yusubov isə hadisə yerindən qaçsa da, uzağa gedə bilməyib. Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları onu yaxalayaraq şübhəli şəxs qismində istintaqa cəlb ediblər. 

Qasım Ağayev - Masallı rayon prokurorunun köməkçisi: "Baş vermiş cinayət işi ilə bağlı şübhəli əsaslar olduğundan Afiq Yusubov saxlanılaraq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq gedir. Digər məlumatların yol verilməzliyin nəzərə alaraq əlavə məlumat içtimaiyyətə veriləcək".

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cnayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə  maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

-----------

10:03

Masallı rayonunda qətl hadisəsi baş verib.

Milli.Az bildirir ki, Masallı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə mayın 23-də gecə saat 00 radələrində rayonun Bədavan kəndində baş verib.

Kənd sakini, 1977-ci təvəllüdlü Yusubov Afiq Xanlar oğlu həmkəndlisi, 1972-ci il təvəllüdlü Əzim Əzimovu bıçaqla qətlə yetirib. Hadisə tərəflər arasında yaranmış münaqişə nəticəsində baş verib.

Qətldən sonra A.Yusifov hadisə yerindən qaçıb. Hazırda A.Yusifovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

------------

18:43

Videonu izləmək üçün şəklə klikləyin:

Masallıda dəhşətli qətl - Həmkəndlisini bıçaqladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.