Ölkə

Bəzi obyektlər tarix və mədəniyyət abidələrinin siyahısından çıxarıldı - SİYAHI

23 May 2016 17:41
Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Milli.Az report-a istinadən bildirir ki, dəyişikliklə bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.
Dəyişikliyə əsasən, Bakının Yasamal rayonundakı (keçmiş "Sovetski" məhəlləsi) bəzi yaşayış və qeyri-yaşayış obyektləri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılıb.
Bunlar aşağıdakılardır:
Şollar su kəmərinin su yayma qülləsi XIX əsrin sonu
Yaşayış evi 1914-cü il Zərgərpalan küçəsi, 43
Yaşayış evi 1900-cü il S.Rəhimov küçəsi, 44
Yaşayış evi 1900-cü illər M.Sübhi küçəsi, 48,
Yaşayış evi 1903-cü il M.Sübhi küçəsi, 60
Yaşayış evi 1900-cü il M.Sübhi küçəsi, 61
Yaşayış evi 1908-ci il M.Sübhi küçəsi, 63
Yaşayış evi 1902-ci il M.Sübhi küçəsi, 65
Yaşayış evi 1907-ci il M.Sübhi küçəsi, 67
Yaşayış evi 1916-cı il M.A.Əliyev küçəsi, 102
Yaşayış evi 1900-cü il M.A.Əliyev küçəsi, 115
Yaşayış evi 1900-cü il M.A.Əliyev küçəsi, 124
Yaşayış evi 1890-cı il M.A.Əliyev küçəsi, 126
Yaşayış evi 1915-ci il M.Fətəli küçəsi, 13
Yaşayış evi 1900-cü il M.Fətəli küçəsi, 25
Yaşayış evi 1900-cü il M.Fətəli küçəsi, 43
Yaşayış evi 1909-cu il M.Fətəli küçəsi, 45
Hamam 1888-ci il M.Muxtarov küçəsi, 83
Yaşayış evi 1892-ci il Ç.Mustafayev küçəsi, 53
Yaşayış evi 1885-ci il Ç.Mustafayev küçəsi, 57-59
Yaşayış evi 1896-cı il Ç.Mustafayev küçəsi, 69
Uşaq və Gənclər İdman Məktəbinin binası 1896-cı il Ç.Mustafayev küçəsi, 78.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.