Ölkə

Bakıda banklara kredit borclarını "bağlayanlar" argentinalıları zibilə saldılar - FOTO - VİDEO

19 May 2016 12:38
1 Şərh     Baxış: 1 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN-dən Milli.Az-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən xüsusi tədbirlər nəticəsində müəyyən olunub  ki, Bakı şəhər sakinləri Rüstəm Ənsərov və Firudin Ələkbərov banklarda olan kredit borclarını qanunsuz olaraq bağlamaq məqsədi ilə informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan paytaxt sakini Mədət Əliyevlə cinayət ələqəsinə girərək kiberqrup yaradıblar.

M.Əliyev isə öz növbəsində xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən haker qrupları ilə internet vasitəsi ilə əlaqə saxlayaraq onların texniki dəstəyindən istifadə etməklə Argentina Respublikasının "Banko Frances" və Bolqarıstanın "CİA" banklarının müştəri məlumat bazalarına kibercinayətlərdə istifadə olunması üçün nəzərdə tutulan xüsusi proqramlar vasitəsilə qanunsuz müdaxilələr edib.

Daha sonra M.Əliyev qeyd edilən bankların həmin ölkələrdəki müştərilərinin hesablarından internet vasitəsilə onlayn ödənişlər həyata keçirərək F.Ələkbərov və R.Ənsərəvun Azərbaycandakı kredit borclarını qanunsuz yolla bağlayaraq adıçəkilən bankların xidmətlərindən istifadə edən vətəndaşlara külli miqdarda ziyan vurub.

M.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İlkin İzzət

Mili.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda banklara kredit borclarını

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.