Ölkə

​İlhamənin həbs etdirdiyi köməkçisindən YENİ XƏBƏR

6 May 2016 18:44
6 Şərh     Baxış: 9 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum xalq artisti İlhamə Quliyevanın həbsdə olan sabiq köməkçisi Mehriban Hüseynovanın işi ilə bağlı ekspertiza təyin olunub.

Milli.Az bildirir ki, bu barədə report-a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin işi ilə bağlı xətşünaslıq ekspertizası təyin edilib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.