Ölkə

Bakıda bu bazarlardan ət almaq təhlükəlidir

6 May 2016 17:19
1 Şərh     Baxış: 3 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda paytaxtda "8-ci km bazarı" və "Təzə Bazar"da ölü heyvanların və mənşəyi məlum olmayan ətlərin satışı həyata keçirilir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

Onun sözlərinə görə, bölgələrdən Bakıya gətirilən mənşəyi məlum olmayan ətlərdən kiçik kolbasa sexlərində və dönəxanalarda istifadə olunur: "Dönərxanaların 85%-i ətləri standartlara cavab verməyən yerlərdən alır. İki il öncə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi dönərxanalarla bağlı standartlar hazırladı və həmin yerlərə dönərləri gətirən müəssisələr müəyyən olundu. Halbuki, hazırda 85% dönərxanalar əti həmin yerlərdən almırlar".

E.Hüseynov bildirib ki, dönərxanalarla yanaşı şadlıq saraylarına və restoranlara da mənşəyi məlum olmayan və ölü heyvan ətləri gətirilir. 

"Üç il öncə leş əti satan şəxslərdən biri Azad İstehlakçılar Birliyinə gəlmişdi. Həmin şəxs etiraf etmişdi ki, dönərxanalar, şadlıq evləri və restoranlar keyfiyyətsiz ət məhsuları alır. Hazırda bu kimi faktlar araşdırılmalıdır". 

AİB rəhbəri Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mənşəyi məlum olmayan ətlərlə bağlı keçirilən əməliyyatların müsbət hal olduğunu vurğulayıb: 

"Nə üçün Baytarlıq İdarəsi neçə illərdir bu məsələdə passivlik nümayiş etdirir? Bütün bu proseslər yerli icra hakimiyyətləri orqanları, sahə müvəkillərinin gözü qarşısında baş verir. 

İctimai nəzarət güclü olmasa, bu problemin qarşısını almaq mümkün olmayacaq. Daxili İşlər Nazirliyinin apardığı işlər çox zəruridir. Onlar ardıcıl zəruri işləri görürlər. Düşünürəm ki, burada dini liderin də əhaliyə mesaji lazımdır. Bu cür ətlərin günah, ziyan olduğu ictimaiyyətə çatdırılmalıdır. Leş yığanlar şəbəkəsi var və hələ də fəaliyyətlərini davam etdirirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.