Ölkə

Meyiti tapılan kişinin qatili tutuldu

6 May 2016 17:05
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yaşadığı evdə müəmmalı şəkildə meyiti aşkarlanan Mirzə Hüseynovu qətlə yetirən şəxs tutulub.

Milli.Az bildirir ki, Yasamal Rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Elçin Cavadov tutulub.

Qətlin mübahisə zəminində baş verdiyi bildirilir. Hadisəni törədən E.Cavadov mərhumu öldürdükdən sonra ərazidən uzaqlaşıb.

Qətl hadisəsi 4 gün əvvəl Yasamal rayonunun Vasif Əliyev küçəsindəki 217 saylı evdə baş verib. Əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Masallı rayon sakini Mirzə Hüseynovun meyiti tək yaşadığı evdə aşkarlanıb. Onun cəsədini qonşular tapıblar və polis əməkdaşlarına məlumat veriblər. Aparılan araşdırmalar nəticəsində Mirzə Hüseynovun meyitinin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb. 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Sonuncu qətl ötən gün axşam saatlarında Xaçmaz rayonunun Xudat şəhərində baş verib. 80 yaşlı Fatma Ramazan qızı İbrahimxəlilova 53 yaşlı qonşusu Rafiq Məhəmməd oğlu Xudaverdiyev tərəfindən bıçaqla qətlə yetirilib. Mərhuma 7 bıçaq zərbəsi endirilib.

Hadisəni törədən Rafiq Məhəmməd oğlu Xudaverdiyev Xudat Şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.