Ölkə

Qadın sürücü avtomobili aşırdı: yaralılar var - FOTO

6 May 2016 13:33
0 Şərh     Baxış: 2 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Bakı-Quba magistral yolunun 120-ci kilometrliyində qeydə alınıb.

Abşeron rayon sakini, 42 yaşlı Lena Əsgər qızı Mustafayeva "Lada Priora"  markalı avtomobillə hərəkətdə  olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə xanım sürücü və onun sərnişini, Zəngilan rayon sakini, 36 yaşlı Faimə Ağayeva ağır bədən xəsarətləri alaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Şabran Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a bildirilib ki, hadisəyə səbəb ilkin versiya kimi avtomobilin yüksək sürətlə idarə edilməsi olub: "Qəzanın dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq".

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.