Ölkə

Sumqayıtda velosiped yolu olacaq - FOTO

6 May 2016 13:26
5 Şərh     Baxış: 3 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində təhlükəsiz şəkildə velosiped idmanı ilə məşğul olmaq istəyənlər  yaxın zamanlarda bu istəklərini reallaşdıra biləcəklər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Milli.Az-a bildiriblər ki, Sumqayıt şəhərində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanılıb.

Hazırda bulvarda istinad divarı çəkilib və bulvarın 500 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər  üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.

Sumqayıt Şəhər Dənizkənarı Bulvar layihəsində velosiped idmanı ilə məşğul olan şəxslərin də istəkləri nəzərə alınıb. Bu məqsədlə bulvarda velosipedçilər üçün ayrıca yol salınacaq.

Bununla yanaşı, bulvarda istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.