Ölkə

Şəmkirdə 7 otaqlı ev yandı

6 May 2016 09:07
0 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə yanğın hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Şəmkirin Düyərli kəndində Vidadi Hüseynova məxsus, ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 7-otaqlı ev və evə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan əşyalar tamamilə yanıb.  Hadisə yerinə çağırılan FHN əməkdaşları tərəfindən alovun qarşısı alınıb. Ancaq ev və mağaza tamamilə yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğının hansı səbəblərdən baş verdiyi aparılacaq araşdırmalardan sonra məlum olacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.