Ölkə

84 yaşlı kişinin qətli və ünvanına çatmayan işıqpulu qəbzi... - FOTO

5 May 2016 17:57
3 Şərh     Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib.

Akim Abbasov küçəsindəki 8 saylı binanın 38-ci mənzilində naməlum kişi meyiti aşkarlanıb. 

Milli.Az bildirir ki, musavat.com-un əməkdaşı qətlin törədildiyi ünvanda olub. Yasamal rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin 84 yaşlı Məmməd Mirzəağa oğlu Səmədova məxsus olduğunu müəyyən ediblər. İlkin müayinə zamanı məlum olub ki, ahıl kişi boğularaq öldürülüb. Onu öldürməzdən əvvəl məftillə əl-ayaqlarını bağlayıblar. 

Qonşular bildiriblər ki, Məmməd Səmədov hazırda yaşadığı mənzilə bir neçə ildir köçüb. Heç vaxt ailə qurmayan 84 yaşlı kişi tək yaşayırmış. Qonşular onun sakit təbiətli olduğunu deyirlər. Məmməd Səmədovun qulaqları yaxşı eşitmirmiş. 

Polis əməkdaşları 84 yaşlı Məmməd Səmədovun kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyini araşdırırlar. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qətli törədən şəxs və ya şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

***

Qətlin törədildiyi mənzildə hazırda heç kim yoxdur. Hadisə yerində olarkən diqqətimizi "Azərişıq"dan gələn borc qəbzi cəlb etdi. Görünür, qəbz 84 yaşlı Məmməd Səmədovun meyiti tapıldıqdan sonra gəlib. Amma ünvanına, daha doğrusu, abonentə çatmayıb...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.