Ölkə

Azərbaycanlı qırıcı təyyarənin layihəsini hazırladı - FOTO

5 May 2016 17:29
2 Şərh     Baxış: 5 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir sıra avtomobil modellərinin dizaynını hazırlayan gənc dizayner Ramil Nəcəfov Azərbaycan hərbi aviasiyası üçün yeni bombardmançı qırıcı təyyarə üzərində işi yekunlaşdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "BMV" və "AZERANT" adlı avtomobil dizaynlarından sonra R.Nəcəfov "Xəz-747" bombardmançı qırıcı təyyarənin layihəsini də başa çatdırıb.

Bu barədə ilk dəfə məlumat verən gənc dizayner deyib: "Xəz" sözü Xəzər dənizinin adından götürülüb. Qırıcı təyyarənin dizaynı "3D MAX" proqramında yığılıb. Layihəyə əsasən, təyyarə birpilotlu və ikimühərriklidir. Üç yanacaq çəninə malikdir və azot yanacağı ilə reaktiv sürət yığa bilər. Havada maksimal sürəti saatda 2500 kilometrə çatır. Qanadların alt hissəsində 30 millimetrlik top, reaktiv lazer radara malik 6 raket daşıya bilər. Əlavə olaraq, 8 nüvə bombası da götürmək iqtidarındadır. Həmçinin "RG4" bombası da yerləşdirmək mümkündür. Raketlər 12 kilometrədək uzaqlıqda düşmən hədəflərini vura bilər. Qanadlarda xüsusi qoruyucu pərdə də mövcuddur ki, bu da mühərrikə hər hansı təhlükənin qarşısını alır".

Gənc mütəxəssis deyir ki, "Xəz-747"nin pilotu 15 kilometr yüksəklikdə oksigen balonu olmadan da nəfəs ala bilər. Təyyarə xüsusi sistem sayəsində radara görünmür. Bu təyyarə 30 kilometrdən düşmən hədəflərini obyektlərin peyk radar naviqasiyası sayəsində müəyyənləşdirə bilir.
"Yeni layihəmi Azərbaycan Ordusunun aprel zəfərinə həsr edirəm. Ümid edirəm ki, "Xəz-747" qırıcısı Azərbaycan hərbi aviasiyasının tarixinə bir yenilik gətirər. İstəyirəm ki, bu təyyarə gələcəkdə Azərbaycanın hərbi aviasiya sahəsində iz salsın, "Xəz-747" düşmənlə döyüşdə öz sözünü desin", - deyə R.Nəcəfov vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.