Ölkə

"Bu məsələdə susa bilməzdim" - Mehriban Vəzir - YENİLƏNİB

5 May 2016 16:00
0 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Şuradan xaric edilməyim İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasındakı fəaliyyətimlə bağlıdır.

16:00

Bunu report-a açıqlamasında yazıçı-publisist Mehriban Vəzir deyib.

O bildirib ki, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının aprelin 30-da keçirilən iclası ilə bağlı hesabatının araşdırılmasını tələb edib:

"Oqtay Gülaliyev Koalisiyanın iclası ilə bağlı Milli Şuraya məktub ünvanlamışdı. O bildirirdi ki, Koalisiyanın Monitorinq Qrupundan üstünlük əldə ediblər. Mən də bu məktubu Koalisiyanın koordinatoru Əliməmməd Nuriyevə göndərdim, bunun aydınlaşdırılmasını xahiş etdim. Koalisiyada üstünlük kimdədir, Milli Şura bu seçkidə hansı rolu oynayıb? Çünki mən koalisiyada da təmsil olunuram, bu böhtandan mənə də pay düşürdü. Hazırda da bununla bağlı gərgin müzakirələr gedir. Bu addımlarıma görə Milli Şura rəhbərliyi məni üzvlükdən çıxardı. Deyirlər ki, qaydaları pozmuşam. Bu məsələdə susa bilməzdim".

-----------

14:11

Mehriban Vəzir Milli Şuradan çıxarılıb.

Milli.Az bildirir ki, Milli Şuradan APA-ya verilən məlumata görə, o, qurumun Əsasnaməsinə zidd fəaliyyət göstərdiyi üçün belə bir qərar verilib.
 
M. Vəzirin Milli Şuradan çıxması barədə qərar bu gün qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.