Ölkə

Bakıda bu problemin həllinə əcnəbilər cəlb olunublar

5 May 2016 21:17
0 Şərh     Baxış: 3 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda nəqliyyat məsələləri ilə bağlı bəzi problemlərin aradan qaldırılması məqsədilə işlərin həyata keçirilməsi üçün xarici ölkələrdən olan əcnəbi mütəxəssislər də dəvət olunub.

Bu barədə Milli.Az-a açıqlamasında Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" (NİİM) MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri-mətbuat katibi Rauf Mirqulamov bildirib.

Paytaxtın nəqliyyat sistemində aparılan optimallaşdırma və təkmilləşdirmə işlərinə cəlb olunan əcnəbilər yerli mütəxəssislərlə birgə çalışırlar:

"Artıq Bakı şəhərində sərnişin nəqliyyatındakı mövcud çatışmazlıqların aradan qaldırılması üçün optimallaşdırma və təkmilləşdirmə işləri həyata keçirilir. Bura avtobuslar və marşrut xətləri, dayanacaqlar, taksilər və s. məsələlərin nizamlanması və müasir tələblərə cavab verən səviyyəyə qaldırılması daxildir. Xarici mütəxəssislər isə ölkəmizə Bakı Nəqliyyat Agentliyi yaradılandan sonra cəlb olunub. Onlar əməkdaşlıq çərçivəsində işlərin həyata keçirilməsi prosesində bizim mütəxəssislərə yardım edirlər".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.