Ölkə

Əli Əhmədov: "Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, ölkə təhsili inkişaf etdirilməlidir"

5 May 2016 12:02
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, ölkə təhsili inkişaf etdirilməlidir. Bu mənada prezidentin islahatlarının ən böyük ağırlığı təhsil işçilərinin üzərinə düşür".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Azərbaycanda təhsil sahəsində böyük islahatların aparıldığını bildirən baş nazirin müavini deyib ki, ən böyük resurs tükənməyən, daha da artan və artma imkanları olan insan resurslarıdır: "İnanıram ki, təhsil işçiləri bu resursların yetişdirilməsi, bu gün məktəblərimizdə təhsil alan şagirdlərin dərin mənalı vətəndaş kimi yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər".

Ə.Əhmədov deyib ki, Azərbaycan xalqı tərəfindən H.Əliyevin ad gününün qeyd edilməsi ona verilən yüksək qiymətin nəticəsidir: "Azərbaycan məktəblərində H.Əliyevin irsinin öyrənilməsi Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsi kimi hesab edilən aksiya sayıla bilər. H.Əliyev irsini öyrənmək dövlətçiliyə hörmətin ifadəsi kimi qiymətlındirilə bilər. Hər il minlərlə, bəzi hallarda on minlərlə şagird H.Əliyevin zəngin irsini öyrənir, inşa yazı müsabiqələrində iştirak edirlər. Bununla şagirdlər bir yandan, H.Əliyevə hörmətini bildirirlər, bir yandan da dövlətçilik ənənələri möhkəmlənir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.