Ölkə

Bakı metrosunda HƏYƏCAN

5 May 2016 10:41
0 Şərh     Baxış: 4 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 10 dəqiqəyə qədər gecikmə olub.

Milli.Az bildirir ki, bu barədə publika.az-a sərnişinlər məlumat verib.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin publika.az-a verdiyi məlumata görə, gecikməyə səbəb "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində hərəkət edən 4 saylı marşrutda baş verən nasazlıqdır.
 
"Qatarda nasazlıq aşkarlandığına görə "Qara Qarayev" stansiyasından depoya göndərilib. Daha sonra əlavə qatar xəttə buraxılıb. Bu da müəyyən gecikməyə səbəb ola bilər. Hazırda qatarlar qrafik üzrə hərəkət edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.